Kreml Ukrayna məsələsində vasitəçilik üçün Avropanın irəli sürdüyü şərtləri qəbuledilməz hesab edib

2026/06/1780727226.jpg
Oxunub: 235     17:19     09 İyun 2026    
“Kreml Avropa ölkələrinin Ukrayna münaqişəsinin nizamlanmasında vasitəçilik səylərinə başlamaq üçün Rusiyaya irəli sürdüyü ilkin şərtləri yanlış və qəbuledilməz hesab edir”.

Ordu.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərin suallarını cavablandırarkən bildirib.

“Avropalıların vasitəçilik roluna gəlincə, onlar hələ ki vasitəçi olmağa hazır olmaqdan çox uzaqdırlar. Hər şeydən əvvəl, vasitəçilik səylərinə Rusiyaya hansısa şərtlər irəli sürməklə başlamaq, yəqin ki, məntiqsiz, yanlış və təbii ki, bizim üçün qəbuledilməzdir”, - deyə Peskov vurğulayıb.

Onun sözlərinə görə, hazırda Avropa ölkələri sülh danışıqlarından daha çox müharibənin davam etdirilməsinə fokuslanırlar.

“Ən vacib məqam ondan ibarətdir ki, biz hələlik avropalıların sülh danışıqlarına deyil, müharibənin davamına daha çox meyilli olduqlarını görürük”, - deyə Kremlin nümayəndəsi əlavə edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kreml   Ukrayna  


Bizi "telegram"da izləyin