Ordu.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hökumət üzvləri ilə qarşıdakı proqram və addımları müzakirə edərkən bildirib.
Paşinyan qeyd edib ki, Gümrüdə vəziyyətin dəyişdirilməsi üçün təcili tədbirlər görülməlidir.
“Biz yollar tapmalıyıq. Əgər zəruridirsə... Mən artıq demişəm ki, hesab edirəm Gümrüdə mümkün qədər tez növbədənkənar seçkilər keçirilməlidir. Lakin bundan əvvəl də, hətta yerli özünüidarəetmə orqanlarını kənardan keçərək, bu gündən başlayaraq sürətli addımlar atmalıyıq.
Biz nə etdiyimizi dəqiq anlamalıyıq. Məsələn, hər il həyata keçirdiyimiz 500 kilometrlik yol proqramı çərçivəsində 25 kilometri Gümrüdə, 50 kilometri isə İrəvanda tikməliyik”, - deyə o vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az