Ordu.az xəbər verir ki, bu barədə Sisoyev MDB Antiterror Mərkəzinin tədbirində çıxışı zamanı danışıb.
Onun sözlərinə görə, Yaxın Şərqdə təhlükəsizlik vəziyyətinin pisləşməsi nəticəsində milyonlarla insanın regionu tərk etməsi ehtimalı mövcuddur.
MDB Antiterror Mərkəzinin rəhbəri hesab edir ki, belə bir ssenari baş verərsə, İranla həmsərhəd və ya regiona yaxın yerləşən ölkələr, xüsusilə Ermənistan və Türkmənistan ciddi miqrasiya təzyiqi ilə üzləşə bilər.
Sisoyev vurğulayıb ki, mümkün miqrasiya axını yalnız humanitar deyil, həm də təhlükəsizlik baxımından risklər yaradır. Onun fikrincə, kütləvi köç dalğaları radikal qrupların üzvlərinin və ya terror fəaliyyəti ilə əlaqəli şəxslərin miqrant kütlələri arasında gizlənərək digər ölkələrə keçməsi riskini artırır.
MDB Antiterror Mərkəzi vəziyyəti diqqətlə izlədiyini və üzv dövlətlərlə informasiya mübadiləsini davam etdirdiyini bildirib.
Alpər Mövludoğlu
Ordu.az