Erməni oliqarxa qarşı ictimai cinayət təqibi başlanıb

2026/06/1781008538.jpg
Oxunub: 224     16:34     09 İyun 2026    
Ermənistanın Baş Prokurorluğu erməni oliqarx, “Çiçəklənən Ermənistan” Partiyasının sədri Qaqik Tsarukyana qarşı ictimai cinayət təqibinin başlandığını açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğu “News.am”ın sorğusuna cavab olaraq məlumat verib.

Məlumata görə, Tsarukyana qarşı Ermənistan Cinayət Məcəlləsinin 290-cu maddəsinin 3-cü hissəsinin 2-ci bəndi üzrə (xüsusilə külli miqdarda vergidən yayınma) ittiham irəli sürülüb.

Ermənistan Baş Prokurorluğundan bildirilib ki, onun barəsində qətimkan tədbiri kimi ölkəni tərk etməmək barədə qadağa seçilib. İstintaq çərçivəsində digər təfərrüatlar açıqlanmayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Tsarukyan  


Bizi "telegram"da izləyin