Erməni nazir müavini: “Ermənistan vətəndaşlığının bərpası institutu problemlidir”

2026/06/1781008303.jpg
Oxunub: 206     16:27     09 İyun 2026    
“Ermənistan vətəndaşlığının bərpası institutu problemlidir, çünki burada heç bir yoxlama və ya seçim mexanizmi nəzərdə tutulmayıb”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan daxili İşlər nazirinin müavini Armen Qazaryan parlament komissiyalarının birgə iclasında, 2025-ci il dövlət büdcəsinin icrası üzrə illik hesabatın müzakirəsi zamanı bildirib.

“Ermənistan vətəndaşlığından çıxmaq məsələsində də institusional problemlərimiz var. Vətəndaşlığın bərpası institutunu kifayət qədər problemli hesab edirik, çünki burada heç bir seçim və ya yoxlama proseduru yoxdur”, - deyə Qazaryan bildirib.

O, mövqeyini izah etmək üçün belə bir nümunə gətirib:

“Yetkin yaşlı bir vətəndaş öz vətəndaşlığından imtina edir və nəticədə onun azyaşlı övladının da vətəndaşlığı ləğv olunur. Daha sonra həmin şəxs növbəti dəqiqə vətəndaşlığının bərpası üçün müraciət edir.

Biz hesab edirik ki, bu problemli tənzimləmədir. Daha doğrusu, əvvəllər buna lazımi diqqət yetirilməyib. İndi isə bu məsələyə diqqət ayırırıq və yaxın vaxtlarda onu qaydaya salacağıq”, - deyə erməni nazir müavini vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Qazaryan  


Bizi "telegram"da izləyin