Çində rabitə peyklərini daşıyan “Zhuque-2E Y6” raketi uğurla buraxılıb

2026/06/1781008271.jpg
Oxunub: 194     16:24     09 İyun 2026    
Çin maye yanacaqla işləyən təkmilləşdirilmiş “Zhuque-2E Y6” daşıyıcı raketini uğurla buraxaraq iki rabitə peykini orbitə çıxarıb.

Ordu.az xəbər verir ki, bu barədə “Xinhua” agentliyi məlumat yayıb.

Raket yerli vaxtla saat 16:23-də “Donqfen” kommersiya buraxılış meydançasından havaya qalxıb.

“Zhuque-2E Y6” raketi “Qianfan DTC 01” və “China Mobile 02” peyklərini nəzərdə tutulmuş orbitlərə çatdırıb. Missiya uğurlu hesab olunub.

Bu, “Zhuque-2” seriyasına aid raketlərin sayca səkkizinci buraxılışı olub.

Zhuque-2 orta sinif daşıyıcı raketdir və “LandSpace” şirkəti tərəfindən hazırlanıb. Yanacaq kimi maye oksigen və maye metandan istifadə olunur.

Bu raket metan yanacağı ilə işləyərək kosmik orbitə çıxan dünyada ilk raket hesab edilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   Zhuque-2E-Y6  


Bizi "telegram"da izləyin