İsrailin zərbələri nəticəsində iranlı hərbçilər həlak olublar

2026/03/1774080864.jpg
Oxunub: 231     15:46     09 İyun 2026    
İsrail Müdafiə Qüvvələrinin (IDF) zərbələri nəticəsində İran Silahlı Qüvvələrinin Hava Hücumundan Müdafiə Qüvvələrinin iki hərbçisi həlak olub.

Ordu.az xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu ilə (SEPAH) əlaqəli olan “Təsnim” agentliyi məlumat yayıb.

Məlumata görə, həlak olan HHM hərbi qulluqçuları Bəxman Hüseyni və Əlireza Abiri adlı şəxslər olublar.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman, Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb.

Aprelin 7-də ABŞ və İran hərbi eskalasiyanın qarşısını almaq və danışıqlar üçün imkan yaratmaq məqsədilə təxminən müvəqqəti atəşkəs barədə razılığa gəliblər. İyunun 8-ə keçən gecə İsrailə və İran arasında atəşkəs pozulub, tərəflər qarşılıqlı olaraq raket və hava zərbələri endirməyə başlayıblar.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   İran  


Bizi "telegram"da izləyin