Fon der Lyayen: "Aİ Ukrayna və Moldovanın üzvlüyü üzrə danışıqların yeni mərhələsinə başlayır"

2025/07/1752421330.jpg
Oxunub: 183     15:49     09 İyun 2026    
Avropa İttifaqı (Aİ) yaxın günlərdə Ukrayna və Moldova ilə ilk danışıqlar klasterini açacaq, bu da onların Aİ-yə üzvlük prosesinin növbəti mərhələsinə keçidini ifadə edəcək.

Ordu.az "Report"a istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Brüsseldə Rusiyaya qarşı 21-ci sanksiyalar paketini təqdim edərkən bildirib.

"Yaxın günlərdə biz Ukrayna və Moldova ilə ilk klasteri açacağıq. Bu, faktiki olaraq qoşulma prosesinin növbəti mərhələsinə - danışıqların rəsmi başlanmasına qapı açır", - o bildirib.

Fon der Lyayen qeyd edib ki, Ukrayna davam edən müharibəyə və üzləşdiyi çətinliklərə baxmayaraq, Aİ-nin tələblərini yerinə yetirməyə davam edir.

"Ukrayna şəhərlərinin hücumlara məruz qalmasına baxmayaraq, islahat ardınca islahat həyata keçirir. Ukrayna işin öz üzərinə düşən hissəsini yerinə yetirib", - Avropa Komissiyasının rəhbəri bildirib.

Onun sözlərinə görə, Avropa Komissiyası Aİ-yə üzvlük yolunda Ukraynaya dəstəyini davam etdirməyə hazırdır.

"İndi bizim də öz üzərimizə düşəni yerinə yetirməyimizin vaxtı çatıb. Bunu etmək üçün tarixi imkanımız var", - fon der Lyayen bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Lyayen     Ukrayna  


Bizi "telegram"da izləyin