Ordu.az xəbər verir ki, bunu iyunun 9-da jurnalistlərlə görüşü zamanı Ermənistanın “Hayastan” blokunun siyahısında yer alan parlament deputatı İşxan Sağatelyan bildirib.
Onun sözlərinə görə, bu qərarın vahid şəkildə qəbul olunması vacibdir.
“Bu suallara cavab tapdıqdan sonra yekun mövqeyimizi açıqlayacağıq. Hazırda vətəndaşlarımıza yalnız bir şeyi qəti şəkildə deyə bilərəm ki, verəcəyimiz istənilən qərar ümumi mübarizə məntiqindən irəli gələcək. Səsləndirilən narahatlıqları bölüşürük, lakin vəziyyəti soyuqqanlı şəkildə qiymətləndirərək və mübarizənin uğuru ilə davamlılığını nəzərə alaraq qərar qəbul edəcəyik. Yenə də qeyd edirəm ki, burada hansı qərarın veriləcəyindən asılı olmayaraq, vahid müxalif qərar çox önəmlidir”, - deyə Sağatelyan qeyd edib.
O, bu kontekstdə “Çiçəklənən Ermənistan” Partiyasının parlamentə keçid həddini aşması məsələsinin də mühüm olduğunu vurğulayıb.
“Burada üçüncü müxalif qüvvənin parlamentə daxil olmasının qarşısını almaq məqsədilə açıq qanunsuzluq baş verir. Əgər “Çiçəklənən Ermənistan” parlamentə keçərsə, aydındır ki, “Vətəndaş Müqaviləsi” parlamentdə 3/5 səs çoxluğuna sahib olmayacaq”, - deyə Sağatelyan əlavə edib.
Alpər Mövludoğlu
Ordu.az