Tramp ABŞ və İran arasında mümkün sazişin yaxın 2-3 gün ərzində imzalana biləcəyini bildirib

2026/06/1780599312.jpg
Oxunub: 257     14:18     09 İyun 2026    
“ABŞ ilə İran arasında sülh sazişi yaxın günlərdə imzalana bilər”.

Ordu.az xəbər verir ki, bunu iyunun 9-da Nyu-Yorkda keçirilən mətbuat konfransı zamanı ABŞ Prezidenti Donald Tramp bəyan edib.

“Biz Tehranın heç bir formada nüvə silahına sahib olmasına imkan verməyəcək çox yaxşı bir sazişin yekun mərhələsindəyik”, - deyə Ağ Evin rəhbəri bildirib.

“Fox” telekanalının “YouTube” səhifəsində yayımlanan çıxışında Tramp qeyd edib ki, sazişin əsas nəticələrindən biri regionda sərbəst gəmiçiliyin bərpa olunması olacaq.

“[Hörmüz] boğazı dərhal açılacaq. Bu, imzalanmadan dərhal sonra baş verəcək və imzalanma iki-üç gün ərzində baş tuta bilər”, - deyə o vurğulayıb.

ABŞ Prezidenti əlavə edib ki, İran İslam Respublikasına qarşı zərbələrin yenidən başlanmasını istəmir. Onun fikrincə, İran limanlarının dəniz blokadası ərazilərin bombardman edilməsindən daha təsirli vasitə olub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   ABŞ   İran  


Bizi "telegram"da izləyin