Ordu.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, zərbə anklavın cənubunda yerləşən Xan Yunis bölgəsindəki qərargaha endirilib.
Açıqlamada qeyd olunub ki, əməliyyat nəticəsində qruplaşmanın bir neçə üzvü, o cümlədən HƏMAS-ın hərbi qanadının komandirlərindən biri olan İsmayıl əl-Ləham məhv edilib.
Bundan əlavə, SAXAL Qəzza zolağının cənubunda yerləşən üç silah anbarının da məhv edildiyini açıqlayıb.
İsrail ordusunun məlumatına görə, zərbələrdən əvvəl yerli əhali əvvəlcədən xəbərdar edilib, eyni zamanda silahlıların həmin obyektlərdən silahları çıxarmağa cəhd göstərdiyi qeydə alınıb.
İsrail tərəfi bildirib ki, zərbələrdən sonra ikinci dərəcəli partlayışlar müşahidə olunub və bu hal hədəf alınan obyektlərdə silah-sursatın mövcudluğunu təsdiqləyir.
Sevinc Əliyeva
Ordu.az