ZSR “Prohunt 2026” sərgisini uğurla başa vurub

2026/06/1780995165.jpg
Oxunub: 186     12:55     09 İyun 2026    
Dəqiq istehsal standartları, performans yönümlü dizaynı və beynəlxalq normalara uyğunluğu ilə seçilən sursatlar istehsal edən ZSR şirkəti İstanbulda keçirilən “Prohunt 2026” sərgisində iştirak edib.

Ordu.az xəbər verir ki, şirkət tədbirdə ov və idman patronlarının istehsalında lider markası olan YAF ilə təmsil olunub.

Məlumata görə, ZSR sərgi müddətində yüksək performanslı sursat həllərini sektorun peşəkar nümayəndələrinə təqdim edib.

Ovçuluq və atıcılıq avadanlıqlarından güllə və ov patronlarına, bıçaqlardan elektron və optik məhsullara, açıq hava geyimləri və düşərgə avadanlıqlarından yolsuzluq avtomobilləri və karvanlara qədər geniş məhsul çeşidinin nümayiş etdirildiyi tədbirdə ZSR-in sursatları iştirakçıların böyük marağına səbəb olub.

Şirkət bildirib ki, istehsal etdiyi sursatlar yalnız Türkiyənin bu sahədəki ehtiyaclarını qarşılamaq və xarici asılılığı azaltmaqla kifayətlənmir, eyni zamanda xarici ölkələrdən olan istifadəçilər tərəfindən də üstünlük verilən məhsullar sırasındadır.

ZSR nümayəndələrinin sözlərinə görə, sərgi ərzində əldə olunan maraq şirkətin məhsullarına beynəlxalq bazarda olan etimadın göstəricisidir.

Şirkət “Prohunt 2026” sərgisini uğurlu nəticələrlə başa vurduğunu açıqlayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ZSR   Prohunt-2026  


Bizi "telegram"da izləyin