Qarabağdan könüllü köç etmiş şəxslərdən təxminən 39 650 nəfər Ermənistan vətəndaşlığı alıb

2026/06/1780994230.jpg
Oxunub: 218     12:40     09 İyun 2026    
“Qarabağdan (könüllü-red.) köç etmiş 39 650 nəfər Ermənistan vətəndaşlığını alıb”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan daxili işlər nazirinin müavini Armen Mkrtçyan iyunun 9-da parlamentin daimi komissiyalarının birgə iclasında, 2025-ci il dövlət büdcəsinin icrası üzrə illik hesabatın müzakirəsi zamanı bildirib.

Mkrtçyan qeyd edib ki, cari ilin yanvarın 1-dən etibarən Qarabağdan köç etmiş şəxslər arasında Ermənistan vətəndaşlığının alınması üçün müraciətlərin sayında artım müşahidə olunur.

“Cari ilin iyun ayının əvvəlinə olan məlumata görə, Ermənistan vətəndaşlığı almaq üçün müraciət edən Qarabağdan köç etmiş şəxslərin sayı 11 146 nəfər təşkil edib”, - deyə nazir müavini qeyd edib.

O vurğulayıb ki, Qarabağdan köç etmiş yetkinlik yaşına çatmayanların ümumi sayı 28 min nəfərdir.

“Onlardan təxminən 12 min nəfəri artıq Ermənistan vətəndaşlığını əldə edib”, - deyə Mkrtçyan vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Vətəndaşlıq  


Bizi "telegram"da izləyin