Ordu.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “The Guardian” qəzetinə müsahibəsində bildirib.
Zelenskinin sözlərinə görə, Rusiya son dövrlərdə beynəlxalq arenada bir sıra siyasi uğursuzluqlarla üzləşib və müxtəlif ölkələrdəki təsir imkanlarını tədricən itirir.
Ukrayna Prezidenti qeyd edib ki, Moskva artıq Avropada və postsovet məkanında əvvəlki səviyyədə mövqelərini qoruyub saxlamaq iqtidarında deyil.
O bildirib ki, Rusiyanın ayrı-ayrı dövlətlərdə təsirini saxlamaq cəhdləri gözlənilən nəticəni vermir və Kremlin xarici siyasət kursu ölkənin daha da beynəlxalq təcrid olunmasına gətirib çıxarır.
Zelenski regionun bir sıra ölkələrində baş verən siyasi dəyişikliklərə də diqqət çəkərək Moskvanın həmin ölkələrdəki təsirinin zəiflədiyini iddia edib.
Onun fikrincə, bu proses Rusiyanın qlobal siyasətdəki ümumi mövqeyinə təsir göstərir və həm ölkənin xarici siyasəti, həm də daxili siyasi vəziyyəti üçün uzunmüddətli nəticələr yarada bilər.
Alpər Mövludoğlu
Ordu.az