“Politico”: Avropa Komissiyası müdafiə və rəqəmsal departamentlərin heyətini genişləndirəcək

2026/06/1780994062.jpg
Oxunub: 210     12:35     09 İyun 2026    
Avropa Komissiyası Müdafiə Sənayesi və Kosmos Baş Direktorluğunun (DG DEFIS), eləcə də Rəqəmsal Siyasət Baş Direktorluğunun (DG CONNECT) əməkdaş sayını artırmağı planlaşdırır.

Ordu.az xəbər verir ki, bu barədə “Politico” nəşri öz mənbələrinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, müdafiə bölməsi Avropa İttifaqının müdafiə potensialının gücləndirilməsinə yönəlmiş SAFE proqramı çərçivəsində kreditlərin bölüşdürülməsini koordinasiya etmək üçün əlavə rəhbər heyət də əldə edə bilər.

Mənbələrin bildirdiyinə görə, Avropa Komissiyası növbəti uzunmüddətli büdcə çərçivəsində müdafiə və təhlükəsizlik sahəsində fəaliyyətini gücləndirmək məqsədilə işçi heyətini təxminən 2400 nəfər artırmaq imkanını nəzərdən keçirir.

Qeyd olunur ki, bu addım Avropa İttifaqının müdafiə sənayesi, kosmik texnologiyalar və rəqəmsal təhlükəsizlik istiqamətlərində artan fəaliyyətinə uyğun olaraq planlaşdırılır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avropa-Komissiyası   DG-DEFIS   DG-CONNECT  


Bizi "telegram"da izləyin