Ordu.az xəbər verir ki, bu barədə o, “The Guardian” qəzetinə müsahibəsində danışıb.
Zelenskinin sözlərinə görə, Ukrayna Böyük Britaniya ilə birlikdə Avropa raket əleyhinə müdafiə sisteminin yaradılması imkanları üzərində işləyir.
“Biz bu istiqamətdə çalışırıq. Bu həm bizə, həm də Böyük Britaniyaya lazımdır”, - deyə Ukrayna Prezidenti bildirib.
Dövlət başçısı vurğulayıb ki, E3 ölkələri Rusiyaya qarşı sanksiya təzyiqlərinin daha da gücləndirilməsinin vacibliyini də dəstəkləyiblər.
Xatırladaq ki, bundan əvvəl Zelenski Böyük Britaniyanın Baş naziri Kir Starmerlə danışıqlar aparmış, həmçinin Böyük Britaniya, Fransa və Almaniya liderlərini cəbhədəki vəziyyət barədə məlumatlandırmışdı.
Sevinc Əliyeva
Ordu.az