“Stratfor”: Paşinyan seçkilərdə qalib gəlib, lakin konstitusiya çoxluğu əldə edə bilməyib

2026/06/1780993666.jpg
Oxunub: 236     12:24     09 İyun 2026    
Ermənistanda keçirilən seçkilərin nəticələri Baş nazir Nikol Paşinyana hökumət formalaşdırmağa və Azərbaycanla sülhə nail olmaq, Türkiyə ilə münasibətləri normallaşdırmaq, Qərblə əlaqələri dərinləşdirmək kursunu davam etdirməyə imkan verəcək.

Ordu.az xəbər verir ki, bu barədə “Stratfor” analitik mərkəzi yazıb.

Mərkəzin qiymətləndirməsinə görə, hakim “Vətəndaş Müqaviləsi” partiyasının əldə edəcəyi mandat sayı konstitusiya dəyişikliklərini həyata keçirmək üçün kifayət etməyəcək.

Ekspertlər bildirirlər ki, bunun üçün hakim partiyaya müxalifətin dəstəyi lazım olacaq.

Qeyd olunur ki, bu vəziyyət Azərbaycanın irəli sürdüyü bəzi tələblərin yerinə yetirilməsini çətinləşdirə bilər.

Analitiklər hesab edirlər ki, Rusiyaya yaxın müxalif qüvvələrin mövqelərinin güclənməsi ölkədaxili siyasi rəqabəti artıracaq və hökuməti Rusiyanın siyasi və iqtisadi təzyiqləri qarşısında daha həssas vəziyyətə sala bilər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan   Seçki  


Bizi "telegram"da izləyin