Ramin Məmmədov 30-cu Beynəlxalq Berlin Toplantısında iştirak edəcək

2026/06/1780992213.jpg
Oxunub: 176     11:32     09 İyun 2026    
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov 11-12 iyun tarixlərində Almaniyanın Əsas Dəyərlər və Beynəlxalq Anlaşma Fondunun təşkilatçılığı ilə keçirilən 30-cu Beynəlxalq Berlin Toplantısında iştirak edəcək.

Ordu.az xəbər verir ki, bu barədə Komitə məlumat yayıb.

Komitə sədrinin toplantı çərçivəsində keçiriləcək panel müzakirələrində çıxışı, həmçinin müxtəlif ölkələrin dövlət və ictimai institutlarının nümayəndələri ilə ikitərəfli görüşləri nəzərdə tutulur.

Görüşlər zamanı Azərbaycanın multikulturalizm modeli təqdim olunacaq, eyni zamanda dinlərarası dialoq sahəsində əməkdaşlıq perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

Qeyd edək ki, tədbir 50-dən çox ölkədən yüksək səviyyəli dövlət rəsmilərini, nüfuzlu siyasətçiləri və ictimai xadimləri bir araya gətirən mötəbər beynəlxalq platformalardan biri kimi tanınır. Dünya xalqları arasına qarşılıqlı anlaşmanın təşviqi məqsədi daşıyan toplantıda qlobal təhlükəsizlik, beynəlxalq əməkdaşlıq, sosial həmrəylik, dinlərarası və mədəniyyətlərarası dialoq məsələləri müzakirə olunacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ramin-Məmmədov   Berlin  


Bizi "telegram"da izləyin