Rusiya Ukraynanın regionlarına zərbələr endirib, 7 nəfər ölüb, 75 nəfər yaralanıb

2026/03/1773987624.jpg
Oxunub: 188     11:08     09 İyun 2026    
Rusiya Silahlı Qüvvələri Ukraynanın Zaporojye, Sumı, Xarkov və Xerson vilayətlərinə hücum edib, nəticədə ümumilikdə 7 nəfər həlak olub, daha 75 nəfər yaralanıb.

Ordu.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Vilayət Hərbi Administrasiyalarının rəhbərləri və hüquq-mühafizə orqanları məlumat verib.

Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətindən verilən məlumata görə, Rusiyanın pilotsuz uçuş aparatı ilə Zaporojyeyə zərbəsi nəticəsində xəsarət alanların sayı 32-yə çatıb, 2 nəfər həlak olub.

Sumı Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Qriqorovun sözlərinə görə, ötən sutka ərzində Rusiyanın regionun yaşayış məntəqələrinə hücumları nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb.

Xerson Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Prokudin qeyd edib ki, Rusiyanın vilayəti atəşə tutması səbəbindən 1 nəfər həlak olub, daha 13 nəfər xəsarət alıb.

Xarkov Vilayət Hərbi Administrasiyasının rəisi Oleq Sinequbov bildirib ki, ötən sutka ərzində Rusiya qoşunları Xarkova və vilayətin 30 yaşayış məntəqəsinə zərbələr endirib. Hücumlar nəticəsində 3 nəfər ölüb, uşaqlar da daxil olmaqla daha 25 nəfər yaralanıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ukrayna  


Bizi "telegram"da izləyin