Tramp İsrail və İran arasında qarşılıqlı zərbələrin bir həftəlik dayandırıldığını açıqlayıb

2026/06/1780723671.jpg
Oxunub: 213     11:06     09 İyun 2026    
ABŞ Prezidenti Donald Tramp İsrail və İranın yaxın müddətdə, ən azı bir həftə ərzində bir-birinə qarşı zərbələr endirməyəcəyini bəyan edib.

Ordu.az xəbər verir ki, bu barədə Tramp jurnalistlərə açıqlamasında danışıb.

Onun sözlərinə görə, İsrailin Baş naziri Benyamin Netanyahu ilə “çox yaxşı söhbət” aparıb və bundan sonra tərəflər qarşılıqlı hücumları dayandırıblar.

“Onun (İsrailin) istiqamətinə zərbə endirildi, o da cavab verdi. Buna görə onu günahlandıra bilmərəm. Amma indi bunu dayandırıblar. Beləliklə, onlar bir həftə və ya buna yaxın müddətdə bir-birlərini rahat buraxacaqlar”, - deyə Tramp bildirib.

Bundan əvvəl də tərəflər müvəqqəti eskalasiya fasilələri barədə bir neçə dəfə məlumat vermiş, eyni zamanda mümkün diplomatik nizamlanma ilə bağlı açıqlamalar səsləndirmişdilər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   İsrail   İran  


Bizi "telegram"da izləyin