Kanadanın Baş naziri Paşinyanı təbrik edib

2026/06/1780988834.jpg
Oxunub: 209     11:02     09 İyun 2026    
Kanadanın Baş naziri Mark Karni Ermənistanda keçirilən parlament seçkilərində qələbə qazanması münasibətilə Nikol Paşinyanı təbrik edib və ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsinə hazır olduğunu bəyan edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Kanada hökumətinin başçısı öz müraciətində tərəfdaşlığın daha da dərinləşdirilməsi və hər iki ölkənin rifahının möhkəmləndirilməsi istiqamətində birgə fəaliyyətin davam etdirilməsini gözlədiyini bildirib.

Xatırladaq ki, Ermənistanda parlament seçkiləri iyunun 7-də keçirilib. İlkin nəticələrə əsasən, Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” partiyası seçicilərin səslərinin əksəriyyətini qazanıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kanada   Ermənistan  


Bizi "telegram"da izləyin