Xorvatiyanın Baş naziri Paşinyanı təbrik edib

2026/06/1780988774.jpg
Oxunub: 212     10:58     09 İyun 2026    
Xorvatiyanın Baş naziri Andrey Plenkoviç Ermənistanda keçirilən seçkilərdə qələbə qazanması münasibətilə Baş nazir Nikol Paşinyanı təbrik edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

“Baş nazir Nikol Paşinyanı seçkilərdəki qələbəsi münasibətilə təbrik edirəm. Əməkdaşlığımızın davam etdirilməsini və Xorvatiya ilə Ermənistan arasında münasibətlərin daha da möhkəmləndirilməsini səbirsizliklə gözləyirəm. Xorvatiya Ermənistanın islahat səylərini və demokratiya, sabitlik, eləcə də rifaha dair ortaq öhdəliklərimiz əsasında Avropa İttifaqı ilə dərinləşən tərəfdaşlığını qətiyyətlə dəstəkləyir”, - deyə Xorvatiya hökumət başçısı bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Xorvatiya   Ermənistan  


Bizi "telegram"da izləyin