Ordu.az xəbər verir ki, bunu Gürcüstan Banklar Assosiasiyasının prezidenti Aleksandr Dzenaladze Bakıda keçirilən "X Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti"ndə deyib.
Onun sözlərinə görə, hazırda rəqəmsal texnologiyalar maliyyə xidmətlərini yenidən formalaşdırır, süni intellekt qərar qəbuletmə mexanizmlərini dəyişir, ödəniş sistemləri isə getdikcə daha çox inteqrasiya olunur: "Bu gün banklar təkcə bank xidməti göstərən qurumlar deyil, bütövlükdə maliyyə xidmətləri ekosisteminin bir hissəsinə çevrilirlər. Eyni zamanda kibertəhlükəsizlik, uyğunluq və dayanıqlılıq məsələləri əvvəlkindən daha böyük əhəmiyyət daşıyır".
O bildirib ki, yeni reallıq şəraitində heç bir ölkə dəyişiklikləri təkbaşına idarə edə bilməz: "Burada təmsil olunan ölkələri yalnız coğrafi yaxınlıq və iqtisadi maraqlar deyil, həm də müasir, inklüziv, təhlükəsiz və qlobal maliyyə sisteminin qurulması istiqamətində ortaq ambisiyalar birləşdirir. Ölkənin bank sektoru son illərdə rəqəmsallaşma sahəsində regionun liderlərindən birinə çevrilib. Texnologiyalara və müştəri təcrübəsinin yaxşılaşdırılmasına yönəldilən davamlı investisiyalar sürətli, təhlükəsiz və innovativ maliyyə xidmətlərinin inkişafına imkan verib".
A. Dzenaladze əlavə edib ki, Gürcüstan ticarət və investisiyaların təşviqinə, eləcə də maliyyə bazarları arasında əlaqələrin gücləndirilməsinə xidmət edən bütün regional təşəbbüsləri dəstəkləyir.
Ordu.az