CNN: Tramp İranla sazişin yaxın olduğunu 37 dəfədən çox bəyan edib

2026/01/1769008045.jpg
Oxunub: 246     10:15     09 İyun 2026    
ABŞ Prezidenti Donald Tramp ən azı 37 dəfə İranla razılaşmanın yaxın zamanda əldə olunacağını açıq şəkildə bəyan edib.

Ordu.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

Telekanalın hesablamalarına görə, Trampın bu məzmundakı açıqlamaları sosial şəbəkələrdəki paylaşımlarında, ictimai çıxışlarında və media nümayəndələrinə verdiyi müsahibələrdə səsləndirilib.

Həmin bəyanatlarda ABŞ Prezidenti ya sazişin yaxın olduğunu bildirib, ya da İranın belə bir razılaşmanın imzalanmasında maraqlı olduğunu vurğulayıb.

CNN qeyd edir ki, bu cür açıqlamalar ilk dəfə martın 23-də səsləndirilib. Sonuncu belə bəyanat isə iyunun 8-də verilib. Həmin vaxt Tramp sazişin iki həftə ərzində imzalana biləcəyini söyləyib.

Telekanal bu bəyanatların doğruluğunu da sual altına alaraq ehtimal edib ki, onlar bazarlara təsir göstərmək cəhdləri və ya vəziyyətin həddindən artıq nikbin qiymətləndirilməsi ilə bağlı ola bilər.

Məlumatda vurğulanır ki, Vaşinqton və Tehran arasında mümkün nizamlanma ilə bağlı danışıqlar və müxtəlif açıqlamalar verilsə də, tərəflər arasında yekun razılaşma hələlik əldə olunmayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   ABŞ   İran  


Bizi "telegram"da izləyin