Tramp ABŞ ilə İran arasında sazişin yaxın iki həftə ərzində bağlana biləcəyini istisna etməyib

2026/06/1780723671.jpg
Oxunub: 253     09:22     09 İyun 2026    
ABŞ Prezidenti Donald Tramp Vaşinqton və Tehran arasında razılaşmanın artıq yaxın iki həftə ərzində əldə oluna biləcəyini bildirib.

Ordu.az xəbər verir ki, bu barədə Tramp senator Lindsi Qrehemin dəstəklənməsi məqsədilə keçirilən videokonfrans zamanı danışıb.

ABŞ lideri qeyd edib ki, danışıqlar davam edir və onun fikrincə, İran “çox yaxşı saziş” imzalamaqda maraqlıdır. “Onlar nüvə silahından imtina etməyə hazırdırlar”, - deyə Tramp bildirib.

ABŞ Prezidentinin sözlərinə görə, tərəflər uğura yaxın olsalar da, həlledici nəticələr məhz qarşıdakı iki həftə ərzində əldə edilməlidir. Tramp həmçinin mümkün razılaşmanın “tam qələbə” olacağına və dünya bazarında neft qiymətlərinin aşağı düşməsinə səbəb olacağına əminliyini ifadə edib.

Xatırladaq ki, ABŞ lideri daha əvvəl dəfələrlə Vaşinqton və Tehranın münaqişənin nizamlanması ilə bağlı razılıq əldə etmək ərəfəsində olduqlarını bəyan etmişdi.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   ABŞ   İran  


Bizi "telegram"da izləyin