“Hraparak”: Konstitusiya çoxluğunun olmaması Paşinyanın partiyasında məmnunluqla qarşılanıb

2026/06/1780981247.jpg
Oxunub: 280     09:05     09 İyun 2026    
“Vətəndaş Müqaviləsi” partiyasının konstitusiya çoxluğu əldə edə bilməməsi partiya daxilində müəyyən dairələr tərəfindən müsbət qarşılanıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşrin məlumatına görə, “Vətəndaş Müqaviləsi”nin konstitusiya çoxluğu qazanmamasını partiya daxilindəki gizli Rusiya tərəfdarları və biznes dairələri də məmnunluqla qarşılayıblar. Onların fikrincə, bu, Nikol Paşinyana Rusiyaya qarşı addımlar atmağa sövq edən Qərb qarşısında manevr etmək, onun təzyiqlərinə boyun əyməmək imkanı verir.

“Paşinyan bu şəraitdə vaxt qazana və Rusiyaya qarşı fəal addımlar atmaya bilər. Söhbət Avrasiya İqtisadi Birliyindən çıxmamaqdan, Rusiyanın 102-ci hərbi bazasından imtina etməməkdən və digər məsələlərdən gedir.

Avropa rəsmilərinin təbrik mesajlarında da bu istiqamətdə müəyyən eyhamlar yer alıb. Avropalılar Paşinyanın qələbəsində özlərini tamhüquqlu pay sahibi hesab edir və gələcəkdə onu Rusiyaya qarşı daha sərt addımlar atmağa təşviq etməyə çalışacaqlar”, - deyə müəllif bildirib.

Vurğulanır ki, konstitusiya çoxluğunun olmaması və parlamentdə rusiyayönümlü, yaxud ən azı Rusiya ilə normal münasibətlərin tərəfdarı olan müxalifətin təmsil olunması Paşinyana manevr etmək və Avropadan gələn təhlükəli göstərişləri yerinə yetirməmək imkanı yarada bilər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Konstitusiya  


Bizi "telegram"da izləyin