KİV: Ermənistanda polis qvardiyasına “1 nömrəli hazırlıq” elan olunub

2026/06/1780981198.jpg
Oxunub: 267     09:03     09 İyun 2026    
Ermənistanda polis qvardiyasına “1 nömrəli hazırlıq” elan olunub.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşr qeyd edir ki, hələ ötən həftənin cümə günü polis nəzdində yeni yaradılmış qvardiyaya “1 nömrəli hazırlıq” elan edilməsi barədə məlumat daxil olub. Bildirilib ki, zərurət yaranacağı halda bölgələrdən İrəvana gedən yollar bağlanmalı, insanların paytaxta gəlməsinə imkan verilməməlidir.

“Nikol Paşinyan əvvəlcədən özünün “qara işini” planlaşdırıb və seçki saxtakarlıqlarını görən müxalifətin elektoratını küçə mübarizəsinə çağıracağını proqnozlaşdırıb.

Lakin ötən gün axşamadək müxalifət nümayəndələri müzakirələr aparır və hətta seçkilərlə bağlı qiymətləndirmə verməkdən yayınırdılar. Onlar heç olmasa seçkilərin nəticələrini tanımadıqlarını belə bəyan etməyiblər”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Polis-qvardiyası  


Bizi "telegram"da izləyin