Ordu.az xəbər verir ki, müvafiq bəyanat Ağ Evin saytında yerləşdirilib.
Bəyanatdan məlum olur ki, ABŞ-də baş prokurorluq funksiyalarını yerinə yetirən Ədliyyə Nazirliyinin rəhbəri postuna Blanşın namizədliyi senata göndərilib. Bu vəzifədə təsdiqlənmək üçün Blanşın namizədliyini Hüquq komitəsi, daha sonra isə ABŞ Konqresinin yuxarı palatası tam tərkibdə dəstəkləməlidir.
Tramp aprelin 2-də Pem Bondinin bu qurumun rəhbəri postundan istefasını təsdiqlədikdən sonra Blanşı ABŞ-nin Ədliyyə Nazirliyinin rəhbəri səlahiyyətlərinin icraçısı təyin edib. "The New York Times" qəzeti xəbər verirdi ki, Bondinin istefasının əsas səbəbi pedofiliyada ifşa olunmuş maliyyəçi Ceffri Epşteynin işi üzrə sənədlərin dərc edilməsi ilə bağlı davranışı olub.
Ordu.az