Ordu.az xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin nəzdində fəaliyyət göstərən Dəniz Ticarəti Daşımalarının Koordinasiya Mərkəzinin (UKMTO) 2026-cı il fevralın 28-dən iyunun 8-dək olan dövrü əhatə edən statistik hesabatında bildirilib.
Hesabata əsasən, UKMTO Fars körfəzi, Hörmüz boğazı və Oman körfəzi ərazilərində baş vermiş hadisələrlə bağlı ümumilikdə 54 məlumat alıb.
Qeyd olunur ki, hücumlardan əlavə, 23 şübhəli fəaliyyət halı və gəmilərin ələ keçirilməsi ilə bağlı iki hadisə də qeydə alınıb.
Sənəddə vurğulanır ki, son həftələrdə insidentlərin sayında azalma müşahidə olunub. Belə ki, mayın 5-dən etibarən dörd yeni hücum və beş şübhəli fəaliyyət halı qeydə alınıb.
BMT-nin Beynəlxalq Dəniz Təşkilatının məlumatlarına görə, münaqişə başlayandan bəri baş vermiş 41 insident nəticəsində 11 dənizçi həlak olub, bir neçə nəfər isə ağır yaralanıb.
Sevinc Əliyeva
Ordu.az