HƏMAS Yaffa hücumuna görə məsuliyyəti öz üzərinə götürüb

2024/09/1725427195.jpg
Oxunub: 644     22:22     02 Oktyabr 2024    
HƏMAS hərəkatının hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları oktyabrın 1-də Təl-Əvivin Yəffa bölgəsinin cənubunda baş verən hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

Ordu.az xəbər verir ki, müvafiq bəyanat hərəkatın “Telegram” kanalında yerləşdirilib.

“İzzəddin Əl-Qəssam Briqadaları Yaffa əməliyyatının Hebron şəhərindən olan iki döyüşçümüz tərəfindən həyata keçirildiyini təsdiqləyir”, - deyə məlumatda bildirilir.

Hərəkat həmçinin yaxın bir neçə gün ərzində İsraildə yeni hücumların baş verəcəyini də istisna etməyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: HƏMAS   İsrail  


Bizi "telegram"da izləyin