Ordu.az xəbər verir ki, baş prokuror Kamran Əliyev bununla bağlı müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Azərbaycan Respublikasının Hərbi prokurorunun böyük köməkçisi, Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Fuad oğlu Əliyev "Prokurorluğun fəxri işçisi" döş nişanı ilə təltif edilib.
Qeyd edək ki, 26 iyun 2024-cü il tarixində müdafiə naziri, general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələr Günü münasibətilə, eləcə də 14 avqust 2024-cü il tarixində Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev Sərhəd Qoşunlarının Yaranma Günü münasibətilə Firad Əliyevi "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı ilə təltif etmişdilər.
Məlumat üçün bildirək ki, Firad Əliyev Bakı Dövlət Universitetinin hüquq fakültəsini 2002-ci ildə bakalavr, 2004-cü ildə isə magistr təhsili üzrə fərqlənmə ilə bitirmiş və "Hüquq fakültəsinin ən nümunəvi məzunu" adına layiq görülmüşdür. O, 12 aprel 2005-ci ildən Prokurorluq Orqanlarında xidmət edir və peşəkar fəaliyyətinə görə dəfələrlə müxtəlif mükafatlara layiq görülüb, vaxtından əvvəl ədliyyə müşaviri və baş ədliyyə müşaviri rütbələri alıb.
Ordu.az