Quterreş: "Livanda eskalasiya BMT TŞ-nin 1701 saylı qətnaməsini sual altına qoyur"

2023/07/64aed-1689180974.jpg
Oxunub: 529     20:18     02 Oktyabr 2024    
Livanda eskalasiyanın miqyası BMT Təhlükəsizlik Şurasının (TŞ) İsrail və “Hizbullah”ın gərginliyin azaldılması üzrə öhdəliklərini əks etdirən 1701 saylı qətnaməsini sual altına qoyur.

Ordu.az xəbər verir ki, bunu BMT-nin baş katibi Antonio Quterreş Təhlükəsizlik Şurasının Yaxın Şərq üzrə iclasında deyib.

"Biz bir neçə gün ərzində o qədər kəskin eskalasiyanın şahidi olduq ki, Şuranın 1701 saylı qətnaməyə daxil etdiyi normativ çərçivələrdən nəyin qalması sual doğurur”, - o bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Quterreş   Livan   BMT  


Bizi "telegram"da izləyin