Ordu.az “Belga” agentliyinə istinadən xəbər verir ki, bu barədə Belçika Krallığının Müdafiə Nazirliyi məlumat yayıb.
“Nazirlər Şurası tezliklə 12 milyon avro dəyərində üç ədəd “Caesar” haubitsasının alınması və Ukraynaya təhvil verilməsi mümkünlüyünü nəzərdən keçirəcək”, - məlumatda bildirilib.
Bu satınalma Fransanın Avropanın digər ölkələri ilə birlikdə Ukraynaya 72 ədəd haubitsanın tədarük edilməsi təşəbbüsü çərçivəsində həyata keçiriləcək.
Nazirlik bu silahların təhvil verilmə vaxtını dəqiqləşdirməyib.
Ordu.az