Ordu.az-ın Rusiya KİV-ə istinadən verdiyi məlumata görə, bunu həftəlik brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
“Bu cür təcrübələrin artıq keçirildiyi qonşu dövlətlərin və dünyanın digər ölkələrinin faktlarını, tendensiyalarını, təcrübələrini görməmək mümkün deyil. Milli yönümlü siyasət yürüdənlər, tarixi bilənlər, milli maraqlardan çıxış edənlər, siyasətdən müvəqqəti piar kimi istifadə etməyən, dövlət xadimi olanlar, ölkəsini və xalqını düşünənlər bundan kənar dura bilər”, - Zaxarova bildirib.
Daha əvvəl USAID-nin Ermənistana maliyyə yardımını iki dəfədən çox artırmaq - 120 milyon dollardan 250 milyon dollara çatdırmaq qərarına gəldiyi məlum olmuşdu.
Ordu.az