Ordu.az-ın məlumatına görə, bunu İsrailin Xarici İşlər Nazirliyi A.Quterreşi “arzuolunmaz şəxs” elan etdikdən sonra bu dövlətin BMT-dəki daimi nümayəndəsi Dani Danon qurumun mənzil-qərargahında keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, bu ali qurumun analoji hücumları qınamaq əvəzinə sadəcə gərginliyin azaldılması istiqamətindəki çağırışları qəbuledilməzdir:
“Biz BMT-yə bir neçə gün əvvəl gəlməmişik. İsrail sözü gedən təşkilatın üzv dövlətlərindən biridir. BMT-nin ölkəmizin raket hücumlarına məruz qalmasını qınamaq əvəzinə müxtəlif səpkili çağırışlar səsləndirməsi bizi məyus edir. Biz regionda gərginliyin artmasının tərəfdarı deyilik, lakin mülki vətəndaşlarımıza qarşı hücumlara səssiz qalmayacağıq. Mənə elə gəlir ki, bunu dünyanın heç bir ölkəsi qəbul etməz”.
Xatırladaq oktyabrın 1-də İranın İsrailin bir sıra şəhərlərinə ballistik raketlərlə endirdiyi zərbələrdən sonra BMT-nin baş katibi Antoniu Quterreş “X” hesabı vasitəsilə Yaxın Şərqdə gərginliyin artmasına yönələn istənilən cəhdin qəbuledilməz olduğunu bildirib.
Sözü gedən bəyanatın ardınca İsrail A.Quterreşi “arzuolunmaz şəxs” elan edib.
Ordu.az