Ordu.az xəbər verir ki, Fransanın müstəmləkəçilik siyasəti əleyhinə və anti-imperialist mövqeyi sərgiləyən Pan-Afrikaçı siyasi fəal, jurnalist Kemi Seba Bakıda keçirdiyi mətbuat konfransında belə deyib.
Onun sözlərinə görə, Fransa hökuməti yerli müstəmləkə xalqlarına qarşı təzyiqlərin faydasız olduğunu görəndə onların həcmini daha da artırır:
"Fransa hökuməti onlarla öz fikirlərini müstəqil şəkildə bölüşən xalqları danışanda sevmir. Bu ölkənin hakimiyyəti bizi 2005-2006-cı illərdən problem kimi görməyə başlayıb. Mən gənc yaşlarından onlar tərəfindən hədəfə alınmışam. Fransa mənə ilk vaxtlarda Afrika dövlətlərindəki öz marionet prezidentləri vasitəsilə hücum həyata keçirirdi. Onlar bizdən qorxduqları üçün nümayişləri qadağan edirdilər. Biz daim Fransanın Kəşfiyyat Xidməti tərəfindən izlənirdik. Onlar görəndə ki, bizə qarşı təzyiqlərinin faydası yoxdur, o zaman bizə qarşı repressiyanı gücləndirdilər. Bu siyasətin tərkib hissəsi olaraq bizim vətəndaşımızı əlimizdən almaq siyasəti tətbiq etdilər. Fransa hazırda yeni müstəmləkəçilik siyasəti yeridir. Bizim mübarizəmizi dəstəkləyənlər arasında sarı jiletlilər də var. Bütün bu dövr ərzində yaratdığımız siyasi geosistem bizə dünyanın bir sıra ölkələrində öz problemlərimizi ifadə etmək imkanı qazandırıb. Mən onu bildirmək istəyirəm ki, mübarizəmiz bundan sonra da davam edəcək".
Ordu.az