Kemi Saba: "Fransa müstəmləkəçi dövlət, Makron isə bu siyasətin davamçısıdır"

2024/10/thumb-1727871244.jpg
Oxunub: 497     16:05     02 Oktyabr 2024    
"Fransa müstəmləkəçi dövlət, Emmanuel Makron isə bu siyasətin davamçısıdır".

Ordu.az-ın məlumatına görə, bunu Fransanın müstəmləkəçilik siyasətinə qarşı və anti-imperialist mövqeləri ilə tanınan Pan-Afrikaçı siyasi fəal, jurnalist Kemi Seba Bakıda jurnalistlərlə görüşündə deyib.

O vurğulayıb ki, Fransa hökuməti ilhaq etdiyi ərazilərdə yerli xalqın irsini silmək siyasəti yeridir:

"Fransa heç vaxt müstəmləkə xalqlarına ədalətli davranmır. Fransa hökuməti müstəmləkəçi dövlətdir. Onlar bizim ərazilərdə yaşayan xalqların irsini silməyə çalışır. Bu siyasətdən qurtulmağın və mineral ehtiyatlarımıza qovuşmağın yeganə yolu mübarizədir. Biz düşünürük ki, Fransa ilə olan əlaqələr sonlandırılmalı, əsas ittifaq Afrika xalqları arasında qurulmalıdır. Digər tərəfdən bizimlə ticari əlaqələr qurmaq istəyən ölkələrlə münasibətlər bizə çox vacibdir".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   Makron  


Bizi "telegram"da izləyin