İran Prezidenti İsrailə xəbərdarlıq edib: Növbəti cavab daha sərt olacaq

2024/10/1727870467.jpg
Oxunub: 536     15:40     02 Oktyabr 2024    
İran Prezidenti Məsud Pezeşkian İsrailə xəbərdarlıq edib.

Ordu.az İran KİV-inə istinadən xəbər verir ki, o bildirib ki, növbəti cavab daha sərt ola bilər:

“İsrail rejimi yenidən səhv etsə, növbəti cavab daha sarsıdıcı olacaq”.

Xatırladaq ki, oktyabrın 1-də İran İsrailə kütləvi raket hücumu həyata keçirib. SEPAH-ın məlumatına görə, İran raketlərinin 90 %-i hədəflərini uğurla vurub. İsrail və ABŞ mənbələri isə bildirir ki, atılan raketlərin hamısı zərərsizləşdirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   İsrail  


Bizi "telegram"da izləyin