Nazir: "Türkiyə təhlükəsizlik və sabitlik istəyirsə, müdafiə sənayesini gücləndirməlidir"

2024/10/e32d9-1727866521.jpg
Oxunub: 402     14:46     02 Oktyabr 2024    
Türkiyə təhlükəsizlik və sabitlik istəyirsə, müdafiə sənayesi imkanlarını gücləndirməlidir.

Ordu.az xəbər verir ki, bunu Türkiyənin sənaye və texnologiyalar naziri Mehmet Fatih Kacır Adanada “TEKNOFEST 2024” ilə bağlı jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, regionda çox ciddi hadisələr baş verir: “Belə bir vəziyyətdə müdafiə sənayesi potensialını gücləndirmək seçim yox, zərurətdir”.

Nazir qeyd edib ki, Türkiyə böyük dövlətdir: "Biz dostumuza güvən, düşmənimizə narahatlıq veririk".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Müdafiə-sənayesi  


Bizi "telegram"da izləyin