Ermənistan XİN rəhbəri: "Biz özümüzü işləməyən hərbi ittifaqda görmürük"

2024/09/1725876820.jpg
Oxunub: 455     14:42     02 Oktyabr 2024    
İrəvan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmaqla bağlı bütün riskləri öyrənir.

Ordu.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Ararat Mirzoyan Varşava Təhlükəsizlik Forumunda çıxışı zamanı deyib.

“Hər birimiz daha ehtiyatlı olmalıyıq. Dayanıqlılıq prioritet olmalıdır və baş verə biləcək proses yaxşı hesablanmalı, idarə olunmalıdır”, - o bildirib.

A.Mirzoyanın sözlərinə görə, Ermənistan KTMT üzvlüyünü dondurub və əvvəlki münasibətlərə qayıtmaq niyyətində deyil: “Biz özümüzü işləməyən hərbi ittifaqda görmürük”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Mirzoyan   Ermənistan   KTMT  


Bizi "telegram"da izləyin