Sırxavənddə kütləvi məzarlıqlar ola bilər

2024/10/trend-1727860163.jpg
Oxunub: 394     13:00     02 Oktyabr 2024    
Mina və partlamamış sursatlar bizə məlum olan məzar yerlərində qazıntıların aparılmasını çətinləşdirir.

Ordu.az xəbər verir ki, bunu Bakıda “İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin “həqiqəti bilmək” hüququnun dəstəklənməsi mövzusumda beynəlxalq konfransda Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Qəzənfər Əhmədov deyib.

O bildirib ki, Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərin Vətən müharibəsindən sonra tapılma ehtimalı onların yaxınlarında böyük ümidlər yaradıb:

"Onların yaxınlarının müvafiq qurumlara müraciətləri artıb. Sırxavənd kəndində kütləvi məzarlıqların tapılma ehtimalı böyükdür. Lakin 2020-ci ildən 2023-cü ilə qədər separatçılar dəqiq yeri bilinən məzarlıqları dağıdaraq, izi itirməyə çalışıblar".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Sırxavənd   Kütləvi-məzarlıq  


Bizi "telegram"da izləyin