XİN başçısı: "İran tezliklə Yaxın Şərqdə sabitliyin bərqərar olacağını gözləyir"

2024/10/127f9-1727859970.jpg
Oxunub: 264     12:48     02 Oktyabr 2024    
İran tezliklə Yaxın Şərqdə sabitliyin bərqərar olacağını gözləyir.

Ordu.az İRNA-ya istinadən xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Abbas Əraqçi deyib.

O qeyd edib ki, İsrailin yeni hücumlarına İranın cavabı daha sərt olacaq.

Nazir söyləyib ki, bu gecə İran İsrailin yalnız hərbi obyektlərini hədəf alıb.

Xatırladaq ki, oktyabrın 1-də İran İsrailə kütləvi raket hücumu həyata keçirib. SEPAH-ın məlumatına görə, İran raketlərinin 90 %-i hədəflərini uğurla vurub. İsrail və ABŞ mənbələri isə bildirir ki, atılan raketlərin hamısı zərərsizləşdirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Yaxın-Şərq  


Bizi "telegram"da izləyin