Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.
Nəşr qeyd edib ki, namizədlərdən biri Ermənistan parlamentinin dövlət və hüquq məsələləri üzrə daimi komissiyasının sədri Vladimir Vardanyandır, onun təyin edilməsinə hətta Paşinyanın fraksiyasında da qarşıdırlar.
“Ötən gün zarafatla deyiblər ki, Vladimir təyin olunsa, növbəti imzatoplamanı ona qarşı təşkil edəcəyik. Məsələ burasındadır ki, Paşinyanın partiyasının üzvlərinin fikrincə, Vardanyan da xalis hakim partiya üzvü deyil. İnqilabın öncülü Arpi Davoyan isə deyib ki, Minasyanın yerinə hakim partiya komandasının nümayəndəsi nazir təyin olunmalıdır. Söhbət vəkil Tiqran Yeqoryanın, eləcə də hazırkı insan hüquqları üzrə müvəkkil Anahit Manasyanın namizədliyindən gedirdi. Təbii ki, Manasyan kağız üzərində hakim partiya üzvü olmasa da, qəlbən belədir. Ötən gün hakim partiyada mötərizələr açmayıblar, sadəcə, növbəti nazirin qadın olacağına əmin ediblər. Yeri gəlmişkən, Minasyanla yanaşı, onun şəxsi kadrları, xüsusən də qalmaqallı Probasiya Xidmətinin rəisi sistemdən gedəcək, Penitensiar Xidmətin rəisi isə ərizəni bir neçə saat sonra təqdim edib”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az