Ermənistanda İstintaq Komitəsinin rəhbəri və Daxili İşlər naziri vəzifəsindən azad edilə bilər

2024/10/1727857673.jpg
Oxunub: 244     14:15     02 Oktyabr 2024    
Qriqor Minasyandan sonra Paşinyanın partiyasının növbəti hədəfləri İstintaq Komitəsinin rəhbəri Argişti Kyaramyan və daxili işlər naziri Vahe Qazaryan ola bilər.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşrə görə, Paşinyanın partiyasında Kyaramyana təsvirolunmaz dərəcədə nifrət edirlər və hesab edirlər ki, o, vəzifədən yalnız şəxsi maraqları üçün istifadə edir.

“Partiyadakı mənbələrimiz əmin edirlər ki, təşəbbüs eyni deputatların qrupuna məxsus olacaq. Hələlik Minasyan məsələsində olduğu kimi, dosyelərin toplanması mərhələsidir. Bu məsələdə də partiya üzvlərinin ümidi Milli Təhlükəsizlik Xidmətinin (MTX) direktor müavini Andranik Simonyandır. Simonyan Paşinyana göstərdiyi danılmaz xidmətləri sayəsində vəzifədə sürətlə yüksəlib, indi MTX direktoru və ya İstintaq Komitəsinin sədri vəzifəsinə can atır. Qazaryan isə partiyada strukturu sorosçuların kölgə rəhbərliyinə və ABŞ-nin Ermənistandakı səfirliyinə təhvil vermiş səriştəsiz, zəif rəsmi hesab olunur”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: MTX   Paşinyan  


Bizi "telegram"da izləyin