Ordu.az xəbər verir ki, bu barədə "The Times of Israel" nəşri məlumat yayıb.
Bildirilib ki, 36-cı diviziya çərşənbə axşamına keçən gecə Livana daxil olan 98-ci diviziyanın ardınca sərhədi keçib.
Bu arada İsrail hərbçiləri Livanın cənubundakı 20 kənddən mülki əhalinin təxliyəsi ilə bağlı çağırış edib. İsrail Müdafiə Qüvvələri (IDF) “Hizbullah”ın hərbi məqsədlər üçün istifadə etdiyi istənilən obyektin hədəf olduğunu vurğulayıb.
Qeyd edək ki, bu gün Livan ərazisindən İsrailə 50 reaktiv mərmi atılıb. Sakinlərinin əksəriyyətinin təxliyə edildiyi İsrailin Metula yaşayış məntəqəsində 10 evə ziyan dəyib.
Ordu.az