Ordu.az xəbər verir ki, “Ascalon” raketi saatda 700 km sürətə çatmağa imkan verən turboreaktiv mühərriklə təchiz edilib.
Raketin praktiki uçuş mənzili 310 kilometr, ümumi uçuş müddəti isə təxminən 60 dəqiqə olaraq açıqlanıb.
Belarus hərbi ekspertlərinin fikrincə, ucuz döyüş sursatı istehsal asanlığı, ucuzluğu ilə seçilir və Belarusa dəqiq zərbə imkanlarını sürətlə genişləndirməyə imkan verir.
Yerli KİV-lər tərəfindən bildirilən xüsusiyyətlərə görə, raket əvvəlcədən təyin edilmiş koordinatlara əsaslanan avtomatik uçuş idarəetmə sisteminə malikdir və müxtəlif missiya profillərində istifadə edilə bilər.
Raketin döyüş başlığı düşmən infrastrukturunu və əsas hərbi aktivlərini hədəf almaq üçün nəzərdə tutulmuş 10 kq-lıq faydalı yükdən ibarətdir.
Sevinc Əliyeva
Ordu.az