Azərbaycana bir ay ərzində girişi qadağan olunan 20 nəfərin ölkəyə daxil olmasının qarşısı alınıb

2024/10/1727852663.jpg
Oxunub: 222     10:38     02 Oktyabr 2024    
Ötən ay Azərbaycana girişi qadağan olunan 20 nəfərin ölkəyə daxil olmasının qarşısı alınıb.

Bu barədə Ordu.az-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Bildirilib ki, cinayətkarlığa qarşı mübarizə tədbirləri çərçivəsində Azərbaycan hüquq-mühafizə оrqanları tərəfindən axtarışda оlan 308 nəfər saxlanılaraq aidiyyəti оrqanlara təhvil vеrilib. Ölkədən çıxışı qadağan olunan 512 nəfərin ölkəni tərk etməsinin, girişi qadağan olunan 20 nəfərin ölkəyə daxil olmasının qarşısı alınıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   DSX  


Bizi "telegram"da izləyin