İran BMT Təhlükəsizlik Şurasını Yaxın Şərqdəki vəziyyətə müdaxiləyə çağırıb

2024/10/1727849628.jpg
Oxunub: 219     10:04     02 Oktyabr 2024    
İranın BMT-dəki Daimi Nümayəndəliyi qurumun Təhlükəsizlik Şurasını Yaxın Şərqdəki münaqişəyə müdaxilə etməyə, eləcə də regionda təhlükəsizliyin təminatı üçün təcili tədbirlər görməyə çağırıb.

Ordu.az-ın “Reuters“ə istinadən xəbərinə görə, bu barədə ölkənin BMT-dəki təmsilçisi Amir Səid İrəvaninin baş katib Antonio Quterreşə göndərdiyi məktubda qeyd olunub.

Sənəddə o da vurğulanıb ki, təşkilat öz səlahiyyətləri çərçivəsində Yaxın Şərqdəki vəziyyətə təcili müdaxilə edərək, Livan, Suriya və Qəzza sektorunda hərbi eskalasiyanı dayandırmalıdır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   BMT  


Bizi "telegram"da izləyin