Ordu.az xəbər verir ki, şaquli qalxma və enmə üçün kvadrokopter çərçivələri ilə təchiz edilmiş PUA-lar 3 kiloqrama qədər faydalı yük daşıya bilir.
Avqust ayında Litvanın Müdafiə Nazirliyi 5 yerli şirkətin PUA-larının Ukraynadakı cəbhə şəraitini simulyasiya edən sınaqlardan keçdiyini və çatdırılmanın son mərhələsində olduğunu təsdiqləyib.
Bu təşəbbüs Ukrayna üçün 5,58 milyon dollarlıq və Litva Silahlı Qüvvələri üçün 3,3 milyon dollarlıq büdcənin bir hissəsi kimi həyata keçirilir.
Müdafiə sahəsinə qoyduğu son yatırımın bir hissəsi olaraq, Litva Vilnüsdə yerləşən “Granta Autonomy” ilə yeni GA-10-FPV-AI kvadrokopter platforması üçün 1,1 milyon dollarlıq müqavilə imzalayıb.
GA-10-FPV-AI PUA-ları GPS olmadan avtonom işləyə, müxtəlif video siqnal tezliklərinə və müxtəlif kamera növlərinə uyğunlaşa bilir.
Sevinc Əliyeva
Ordu.az