Yunanıstan-Cənubi Kipr lobbisi Türkiyənin yenidən F-35 proqramına daxil edilməsinə mane olmağa çalışır

2024/10/1727848849.jpg
Oxunub: 360     15:00     02 Oktyabr 2024    
ABŞ-nin Türkiyəyə F-35 döyüş təyyarələrinin satışına icazə verə biləcəyi ilə bağlı bəzi xəbərlərdən sonra Yunanıstan-Cənubi Kipr lobbisi hərəkətə keçib.

Ordu.az xəbər verir ki, ABŞ-dəki Yunanıstan-Cənubi Kipr lobbisinin aparıcı təşkilatlarından biri olan Yunan-Amerikan Liderlik Şurası (HALC) F-35-lərin Türkiyəyə satışını təsdiqləməməyi tələb edən, Senat və Nümayəndələr Palatasına göndəriləcək məktub hazırlayıb.

Senatın Xarici Əlaqələr Komitəsinin sədri Ben Kardin, üzvü Ceyms Riş, Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri Maykl Makkol və üzvü Qreqori Miksə göndərilmək üçün hazırlanan məktubda onlardan F-35-lərin Türkiyəyə satışı ilə bağlı ABŞ administrasiyasının hər hansı tələbini rədd etmələri istənilib.

Türkiyənin ABŞ-dən aldığı silahları ABŞ-nin müttəfiqlərinə qarşı istifadə etdiyi də iddia edilən məktubda Türkiyənin F-35 proqramına daxil edilərək, mükafatlandırılmaması lazım olduğu bildirilib.

Qeyd edək ki, Türkiyə Rusiyadan S-400 hava hücumundan müdafiə sistemi aldığı səbəbi ilə F-35 layihəsindən kənarlaşdırılarkən, ABŞ Yunanıstana F-35 satışı üçün “yaşıl işıq” yandırıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Rusiya   S-400  


Bizi "telegram"da izləyin